AZ

Belarusda miqrantları Avropaya daşımaq üçün yeraltı tunellər tikilib

ain.az bildirir, Bakivaxti portalına istinadən.

2025-ci ildə Belarus-Polşa sərhədində əcnəbilərin kütləvi şəkildə Avropaya köçürülməsini həyata keçirən dörd yeraltı tunel aşkar edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Polşa sərhəd xidməti Britaniyanın "The Telegraph" qəzetinə bildirib.

Dekabrın ortalarında aşkar edilən ən böyük tunellərdən biri Polşanın şərqində, Narevka kəndi yaxınlığında yerləşir. Uzunluğu 60 metr, hündürlüyü isə 1,5 metrdir. Ümumilikdə, əsasən Əfqanıstan və Pakistandan olan 180 nəfər oradan istifadə edərək Avropa ölkələrinə keçib. Onların əksəriyyəti (130 nəfər) tuneldən çıxdıqdan dərhal sonra sərhədin o biri tərəfində həbs edilib.

Polşa hakimiyyət orqanlarının məlumatına görə, Belarusda yeraltı tunellərin layihələndirilməsində Yaxın Şərqdən olan miqrant qaçaqçıları insanlar iştirak edib. 

“The Telegraph” yazır ki, Polşanın şərq sərhədindən on minlərlə miqrantı keçirmək üçün planlanmış bu cür taktikalar Kremlin Avropaya qarşı hibrid müharibəsinin yeni mərhələyə keçdiyini göstərir.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
1
bakivaxti.az

2Mənbələr