AZ

Sel fəlakəti: 46 nəfər ölüb, 21 nəfər itkin düşüb

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Braziliyada 23 fevraldan bəri davam edən güclü yağışların yol açdığı sellərdə həyatını itirənlərin sayının 46-ya yüksəldiyi bildirilib.

"Cebheinfo.az" xəbər verir ki, Minas-Jerays əyalətinin yanğınsöndürmə idarəsindən verilən açıqlamada, Juiz de Fora və Uba şəhərlərini vuran daşqından sonra axtarış-xilas etmə işlərinin davam etdiyi qeyd olunub.

Açıqlamada can itkisinin 46-ya yüksəldiyi, itkin düşənlərin sayının isə 21 olduğu bildirilib.Yerli səlahiyyətlilər selin ən çox təsir etdiyi Juiz de Forada yaşayan 3 min 600 nəfərin yüksək risk səbəbindən evlərini tərk etmək məcburiyyətində qaldığını bəyan ediblər. 

Meteoroloji proqnozlar güclü yağışların davam edəcəyini göstərir; rəsmilər əhalini ehtiyatlı olmağa çağırıb.

Minas-Jerays qubernatoru Romeu Zema yerli mətbuata verdiyi açıqlamada prioritetlərinin seldən zərər çəkənlərə humanitar yardım çatdırmaq olduğunu bildirərək, bölgənin yenidən qurulması üçün mərkəzi hökumətlə əməkdaşlığa hazır olduqlarını deyib.

Digər tərəfdən, Luiz İnasio Lula da Silva administrasiyası sel səbəbindən evsiz qalanlar üçün yeni yardım paketinin bələdiyyələrə köçürüləcəyini açıqlayıb.

Nigar Hacılı 

"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
cebheinfo.az

2Mənbələr