AZ

Gecə yataq otağında döyülən qadın ərini məhkəməyə verdi

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Bakının Sabunçu rayonunda ər-arvad arasında yaşanan mübahisə sonda cinayətlə nəticələnib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyulun 16-da rayonun Maştağa qəsəbəsi, Ramana Gülçülük sovxozunda baş verib.Beyləqan rayon sakini, 1997-ci il təvəllüdlü Eldar həmin saat 18 radələrində yaşadıqları evin yataq otağında arvadı Zəminə (adlar şərtidir – red.) mübahisə edib. Onların arasında mübahisənin yaranmasına səbəb isə qısqanclıq zəminində olub. Belə ki, qadın ərinin başqası ilə münasibətdə olmasını deyib.Buna görə də onların arasında mübahisə yaranıb. Yaranmış mübahisə sonda dava-dalaşla nəticələnib. Eldar arvadının qolundan tutaraq üz nahiyyəsinə bir yumruq zərbəsi vurub.Faktla bağlı Eldarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən də qadın ərini bağışlayıb, ona qarşı şikayətini geri götürüb.Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. İş üzrə icraata xitam verilib.Fariz Məlikli

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
demokrat.az

1Mənbələr