Yeni doğulan körpəyə ad vermək üstündə qayınata kürəkənini güllələyib.
Ölkə.Az xəbər verir ki, hadisə Türkiyənin Kütahya rayonunda baş verib.
Belə ki, şəhərin “100-cü İl Məhəlləsi” şəhid Sadık Uçak küçəsində yeni doğulmuş körpənin adı ilə bağlı ailə mübahisəsi tez bir zamanda böyüyüb.
Qəzəblənən qayınata A.E. avtomobilindən tüfəng götürərərk kürəkəni S.D.-ni küçədə güllələyib.
Ayağından güllə yarası alan şəxs təcili tibbi yardımla xəstəxanaya aparılıb.
Hadisə yerinə gələn polis əməkdaşları qayınatanı yaxalayıb. Tüfəng sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Billurə

