Türkiyə Müdafiə Nazirliyi Ankaranın Rusiyadan aldığı “S-400” hava hücumundan müdafiə sistemlərini Somali ərazisində istifadə etməyi planlaşdırdığı barədə iddiaları təkzib edib.
KONKRET.az xəbər verir ki, nazirlik jurnalistlərə açıqlamasında bildirib ki, “S-400” hava hücumundan müdafiə sistemləri Türkiyə Silahlı Qüvvələrinin əməliyyat tələblərinə uyğun olaraq əldə edilib və hazırda döyüş hazırlığı vəziyyətindədir.
“S-400” sistemlərinin Somali ərazisində istifadəsi ilə bağlı heç bir plan yoxdur.
Müdafiə Nazirliyi əlavə edib ki, “bəzi kütləvi informasiya vasitələrində və sosial mediada “S-400″lərlə bağlı spekulyasiyalar yayılır. Nazirliyin açıqlamaları ilə təsdiqlənməyən iddialara və şərhlərə inanmaq vacib deyil.
Müşviq Tofiqoğlu
KONKRET.az