AZ

Gecələr kabusa çevrilən qəsəbə: İşıqlar işləmir, yük maşınları sürət həddini aşır VİDEO

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində yolun işıqlandırılmaması sakinlərin narazılığına səbəb olub.

Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “WhatsApp” xəttinə videomaterial göndərərək məlumat verib.

Onun sözlərinə görə, küçədə işıq dirəkləri quraşdırılsa da, onların heç biri fəaliyyət göstərmir. Nəticədə axşam saatlarında yol tamamilə qaranlığa qərq olur və hərəkət iştirakçıları üçün ciddi risk yaranır.

Şikayətçinin sözlərinə görə, problem bununla da məhdudlaşmır.

Ərazidən keçən yük avtomobilləri yaşayış məntəqəsi üçün müəyyən edilmiş 60 km/saat sürət həddini aşır, həmçinin sol zolaqla hərəkət edərək digər nəqliyyat vasitələrinə təhlükə yaradırlar.

Kadrlardan da görünür ki, görüntünü qeydə alan sürücü icazə verilən sürətlə irəlilədiyi halda, yük maşını yüksək sürətlə sol zolaqdan keçərək onu ötür.

Mövcud vəziyyət qaranlıq saatlarda həm sürücülər, həm də piyadalar üçün təhlükəni daha da artırır.

Sakinlər aidiyyəti qurumlardan yolun işıqlandırılmasının bərpasını və nəqliyyat vasitələrinin sürətə nəzarətin gücləndirilməsini xahiş edirlər.

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
avtosfer.az

1Mənbələr