AZ

Markedonov: Onlar Cənubi Qafqazda Rusiyanın düşməninə çevriliblər

BAKI, 26 fevral. TELEQRAF

“Rusiya-Qərb münasibətləri 2022-ci ildə Ukraynada hərbi əməliyyatın başlaması ilə dəyişdi. Münasibətlər əvvəllər ayrı-ayrı bölgələrdə selektiv rəqabət və əməkdaşlıq modelinə əsaslanırdısa, 2022-ci ildən sonra Moskva sistemli düşmən kimi qəbul edilməyə başladı”.

Teleqraf xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markedonov deyib.

“Ukrayna hadisəsi Qərbi səfərbər edib və bir çox cəhətdən möhkəmləndirib. Tam birlikdən danışmaq hələ tez ola bilər, amma həmrəylik səviyyəsi əvvəlkindən xeyli yüksəkdir. Qafqazda, o cümlədən Ermənistan-Azərbaycan sülh prosesində Qərb bizim üçün həm rəqib, həm də düşmənə çevrilib”, - politoloq bildirib.

Markedonov Qərbin Cənubi Qafqazdakı məqsədlərdən birinin Rusiyanın regiondakı rolunu azaltmaq olduğunu iddia edib. Bu kontekstdə o, Ermənistanın 2022-ci ildə Qarabağı rəsmi olaraq Azərbaycanın bir hissəsi kimi tanımaq qərarına diqqət çəkərək, Qərbin, xüsusən də Fransanın bu addımı fəal şəkildə təşviq etdiyini söyləyib: “Ukraynadakı mürəkkəb vəziyyət də İrəvanın xarici siyasəti şaxələndirmə səylərini gücləndirdi”.

İnteqrasiya perspektivlərindən danışan Sergey Markedonov vurğulayıb ki, Ermənistanın yaxın gələcəkdə Avropa İttifaqına qoşulması real görünmür: “Hətta İrəvana gələn emissarlar da 12 illik dövrdən danışırlar. Bu 12 il yaşanmalıdır, bu, bir neçə seçki dövrünü əhatə edir”.

NATO ilə mümkün əməkdaşlığa gəlincə, o söyləyib ki, Ermənistanın tamhüquqlu şəkildə kollektiv təhlükəsizlik sisteminə daxil edilməsindən söhbət getmir və Qərbin bəyanatları əsasən deklarativ xarakter daşıyır.

Sülh sazişinin imzalanması məsələsinə münasibət bildirən Markedonov sənədin hələ imzalanmadığını, Azərbaycanın Ermənistan Konstitusiyasına düzəliş tələbinin həll edilmədiyini vurğulayıb.

Seçilən
7
1
teleqraf.com

2Mənbələr