AZ

Azərbaycanda bank işçilərinin sayı 1800 nəfərə yaxın artıb

2026-cı ilin yanvar ayının sonuna (fevralın 1-nə) Azərbaycanda bank sektorunda çalışan işçilərin sayı 27 min 235 nəfərə çatıb.

Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bank işçilərinin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1783 nəfər və ya 7% artıb.

Xatırladaq ki, əvvəlki ilin eyni dövründə (2025-ci ilin yanvar ayının sonuna) bank işçilərinin sayı 25 min 452 nəfər təşkil edirdi.

Seçilən
7
1
banco.az

2Mənbələr