AZ

Estoniya MN nüvə silahlarının yerləşdirilməsi ilə bağlı heç bir müzakirə aparılmadığını bildirib

Estoniya Müdafiə Nazirliyi ölkə ərazisində başqa bir NATO üzvünün nüvə silahının yerləşdirilməsi məsələsini müzakirə etməyib.

Bu barədə Estoniyanın müdafiə naziri Hanno Pevkur bildirib.

“Əgər soruşursunuzsa ki, hökumət Estoniyada hansısa ölkənin nüvə silahının hansı şərtlərlə yerləşdirilməsini müzakirə edibmi, cavab mənfidir”, — nazirin sözlərini Estoniyanın milli ictimai yayım qurumu “ERR” yayıb.

Pevkur qeyd edib ki, nüvə çəkindirməsi ilə bağlı məsələlər NATO-nun Nüvə Planlaşdırma Qrupu səviyyəsində həll olunur və bu prosesdə alyansın bütün üzv dövlətləri iştirak edir. O əlavə edib ki, Tallinn təhlükəsizlik məsələlərində müttəfiqlərlə əməkdaşlığa əsaslanır.

Seçilən
24
aznews.az

1Mənbələr