AZ

Media: Ağ Ev hərbi əməliyyatların İranı güzəştə getməyə məcbur edəcəyinə inanır

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 26 fevral, AZƏRTAC

Vaşinqton hesab edir ki, İrana qarşı hərbi gücün tətbiqi Tehranın nüvə danışıqlarında güzəştə getməsinə səbəb ola bilər.

AZƏRTAC xəbər verir ki, “The New York Times” qəzeti bu barədə mənbələrinə istinadla məlumat yayıb. Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Ağ Ev hələlik İrana qarşı mümkün zərbələr barədə yekun qərar verməyib. Lakin ABŞ administrasiyasının fikrincə, danışıqlarda irəliləyiş əldə olunmasa, İranın nüvə və raket qurğularına məhdud zərbələr Tehranı güzəştə getməyə vadar edəcək.

Ekspertlərin hesablamalarına görə, ABŞ-nin bölgədəki qüvvələri yalnız 7-10 günlük hərbi kampaniya üçün kifayət edə bilər. Eyni zamanda, Vaşinqton Tehranın İsrailə və Yaxın Şərqdəki ABŞ hərbi bazalarına cavab zərbələrinin qaçılmaz olduğunu düşünür.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
4
azertag.az

5Mənbələr