ain.az, Axar.az portalına istinadən məlumat verir.
Kurqan bölgəsində Rusiyadan hərbi texnikada istifadə edilə bilən dizel mühərriklərinin ixracı cəhdinin qarşısı alınıb.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
Məlumata görə, Moskva vilayətindən olan bir sahibkar Kurqan bölgəsində vasitəçi vasitəsilə doqquz dizel mühərriki alıb və onları Qazaxıstana göndərməyə cəhd edib:
“Texniki xüsusiyyətlərə görə mühərriklər ixrac nəzarəti tələb edən məhsullardır. Lakin göndərən ixrac lisenziyası almamış və bəyannamədə səhv məlumat vermişdir. Mühərriklər “Petuxovo” beynəlxalq keçid məntəqəsində müsadirə edilib. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 226.1-ci maddəsinə əsasən cinayət işə açılıb”.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.