AZ

Qan yaddaşımız: Oğuzda Xocalı soyqırımı həqiqətlərindən danışılıb

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Oğuz, 26 fevral, Rasim İslamoğlu, AZƏRTAC

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Oğuz rayonunun müxtəlif idarə, təşkilat və təhsil ocaqlarında silsilə anım tədbirləri təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, növbəti anım mərasimində əvvəlcə Xocalı soyqırımı qurbanlarının və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra faciənin dəhşətlərini əks etdirən videoçarx nümayiş olunub.

Çıxış edənlər vurğulayıblar ki, Xocalıda dinc əhaliyə qarşı törədilmiş bu amansız cinayət bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli faciələrdən biridir. Qeyd olunub ki, Xocalı faciəsinə ilk siyasi-hüquqi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verilib. Məhz Ulu Öndərin təşəbbüsü ilə faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi və həqiqətlərin dünya birliyinə çatdırılması istiqamətində mühüm addımlar atılıb. Bildirilib ki, bu gün Azərbaycan dövləti Xocalı soyqırımının beynəlxalq miqyasda tanıdılması üçün məqsədyönlü və ardıcıl fəaliyyətini uğurla davam etdirir.

Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rayon şöbəsinin müdiri Yaqub Abbasov, YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Günel Abdullayeva və Xocalı sakini Nigar Kazımova çıxış edərək, xalqımızın bu qanlı tarixi heç vaxt unutmadığını və qurbanların xatirəsini daim ehtiramla yad etdiyini bildiriblər.

Tədbirin sonunda qeyd olunub ki, Xocalı şəhidlərinin əziz xatirəsi qədirbilən Azərbaycan xalqı tərəfindən hər zaman uca tutulacaqdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
azertag.az

1Mənbələr