AZ

Makron Avropa üzərində “nüvə çətiri”ni genişləndirməyə hazırlaşır

Fransa Prezidenti Emmanuel Makron Avropa müttəfiqlərinə təhlükəsizlik zəmanətlərini gücləndirmək məqsədilə ölkənin nüvə doktrinasını yeniləyəcəyini açıqlayıb. 

NOCOMMENT.az xəbər verir ki, bu addım ABŞ-nin “nüvə çətiri”nin etibarlılığı ilə bağlı artan narahatlıqlar fonunda atılır.

Reuters agentliyinin məlumatına görə, Makron bazar ertəsi Fransanın Bretan bölgəsində yerləşən atom sualtı qayıqlarının bazasında çıxış edərək ölkənin yenilənmiş nüvə doktrinasını təqdim edəcək. Ənənəyə uyğun olaraq, bu cür yenilənmə hər prezidentlik müddətində bir dəfə həyata keçirilir.

Fransanın mövcud doktrinasına əsasən, ölkə minimal, lakin etibarlı nüvə arsenalını qoruyub saxlayır. Bu arsenal istənilən ilk zərbəyə cavab olaraq qarşı tərəfə ağır və qəbuledilməz itkilər yetirməyə qadir olmalıdır ki, bu da potensial hücumun qarşısını almağa xidmət edir.

Sara

NOCOMMENT.az

Seçilən
14
nocomment.az

1Mənbələr