Axsham.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"Qar kraliçası" obrazı ilə yadda qalan aktrisa Natalya Klimova vəfat edib.
Axşam.az xəbər verir ki, aktrisa 88 yaşının tamam olmasına cəmi iki gün qalmış dünyasını dəyişib. Onun dəfn mərasimi doğum günü, 27 fevral tarixində son illər yaşadığı Murom şəhərində keçiriləcək.
Qeyd edək ki, Natalya "Mühəndis Qarinin hiperboloidi" və "Çaykovski" filmlərində rol alıb. Lakin aktrisanı tamaşaçılara sevdirən və ona böyük şöhrət qazandıran əsas obraz "Qar kraliçası" olub.
Aktrisanın həyat yoldaşı, aktyor Vladimir Zamanskinin bu yaxınlarda 100 yaşı tamam olub. Klimova açıqlamalarında həyat yoldaşını itirməkdən qorxduğunu və "Biz bu dünyanı tərk etdikdən sonra da birlikdə olacağıq" deyirdi.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.