AZ

Peskovdan Trampın təklifinə CAVAB

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Rusiyanın ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasına qoşulmaqla bağlı hələlik rəsmi mövqeyi yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov Rusiya Xarici İşlər Nazirliyinin hazırda bu məsələyə dair mövqe formalaşdırdığı bildirib:

“Moskvaya dost olan dövlətlərlə yanaşı, bir sıra ölkələrin Sülh Şurası barədə qeyri-müəyyən mövqeləri var. Bu baxımdan, biz hər bir fikri nəzərə alırıq”.

Qeyd edək ki, bundan öncə ABŞ Prezidenti Donald Trampın Rusiyaya Sülh Şurasına üzvlük təklifi etdiyi açıqlanıb.

Əliyar Xəlil

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
globalinfo.az

1Mənbələr