AZ

Bir il ərzində Azərbaycanda 19 yeni bank filialı fəaliyyətə başlayıb

2026-cı ilin yanvar ayının sonuna (fevralın 1-nə) Azərbaycanda fəaliyyət göstərən bankların filiallarının sayı 504-ə çatıb.

FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankının statistikasına istinadən xəbər verir ki, bank filiallarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19 ədəd və ya 3,9% artıb.

Xatırladaq ki, əvvəlki ilin eyni dövründə (2025-ci ilin yanvar ayının sonuna) ölkədə bank filiallarının sayı 485 təşkil edirdi.

Seçilən
32
fed.az

1Mənbələr