AZ

"Rusiya hələ Sülh Şurası ilə bağlı mövqeyini formalaşdırmayıb" -Peskov

Rusiya hələ ABŞ Prezidenti Donald Tramp tərəfindən yaradılmış Sülh Şurası ilə bağlı mövqeyini formalaşdırmayıb. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Redaktor.az bu haqda TASS-a istinadla məlumat verir.

“Xarici İşlər Nazirliyi hələ də mövqeyini formalaşdırır”, – deyə Kremlin rəsmi nümayəndəsi vurğulayıb.

Peskovun sözlərinə görə, Moskvaya dost olan bəzi dövlətlər daxil olmaqla bir sıra ölkələrin Sülh Şurası ilə bağlı “çox mübahisəli mövqeyi” var. Hər bir fikir “nəzərə alınır”, – deyə o əlavə edib.

Aytəkin TOFİQQIZI

Seçilən
26
redaktor.az

1Mənbələr