AZ

Azərbaycanda son bir ildə 245 yeni bankomat quraşdırılıb

2026-cı ilin yanvar ayının sonuna (fevralın 1-nə) Azərbaycanda fəaliyyət göstərən bankların ATM-lərinin (bankomatların) sayı 3 498-ə çatıb.

FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankının statistikasına istinadən xəbər verir ki, bankomatların sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 245 ədəd və ya 7,5% artıb.

Xatırladaq ki, əvvəlki ilin eyni dövründə (2025-ci ilin yanvar ayının sonuna) ölkədə bank ATM-lərinin sayı 3 253 ədəd təşkil edirdi.

Seçilən
24
fed.az

1Mənbələr