AZ

Rusiya böyük su bəndinə 3 tonluq bomba atıb VİDEO

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Rusiya qoşunları Donetsk vilayətindəki Konstantinovka şəhəri yaxınlığındakı bəndə zərbə endiriblər. Bu, Ukrayna Silahlı Qüvvələrinin həmin ərazidəki hissələrinin təchizatını poza bilər.

“AzPolitika” xəbər verir ki, Ukraynanın “DeepState” portalı və Rusiyanın “Z-kanalları”nın məlumatına görə, Rusiya Konstantinovkanın yaxınlığında yerləşən Osıkovo kəndi ərazisində böyük su bəndinə üç tonluq hava bombası atıb. Nəticədə bənd dağılıb. Bundan öncə, şəhərin şimal-qərbindəki körpü dağıdılmışdı. Ukrayna Silahlı Qüvvələri alternativ yol qurmağa başlayanda əraziyə daha bir zərbə endirilib.

Beləliklə, ərazidəki əsas təchizat yollarından biri olan Drujkovkadan gələn yolu su basıb. Artıq bu yolla hərəkət mümkün deyil.

Ukraynalı analitiklər hesab edirlər ki, bəndin dağıdılması Rusiya tərəfinin gələcəkdə daha geniş hücum planları ilə bağlı ola bilər. Lakin ekspertlər belə bir əməliyyatın uzun vaxta və olduqca baha başa gələcəyini deyirlər.

Qeyd edək ki, Konstantinovka, Slavyansk və Kramatorskla birlikdə Donbasdakı "qalalar qurşağı"nın bir hissəsidir. Bu xətti keçsə, Rusiyaya Dnepr və Zaporojyeyə irəliləmək üçün yol açılacaq.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
azpolitika.info

1Mənbələr