AZ

Cenevrədə ABŞ-İran danışıqları davamEDİR

Fevralın 26-da Cenevrədə ABŞ və İran arasında İranın nüvə proqramı ilə bağlı dolayı danışıqların sonuncu mərhələsi keçirilir.

Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Danışıqlarda Amerika tərəfini ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və Trampın siyasi müşaviri və kürəkəni Cared Kuşner təmsil edir.

İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi rəhbərlik edir.

IRNA-nın mənbələrinə istinadən məlumat verilir ki, İran nümayəndə heyəti Oman vasitəçilərinə nüvə məsələsinin həlli ilə bağlı təkliflər təqdim edib. Bədr əl-Busaidi bu təklifləri amerikalılara çatdırıb. Təkliflərin təfərrüatları açıqlanmayıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, danışıqlarda Rafael Qrossi də iştirak edə bilər.

Aminə ŞAHSUVARQIZI

Seçilən
23
redaktor.az

1Mənbələr