sport24.az saytından alınan məlumata görə, ain.az bildirir.
"Həm "Sabah"ın, həm də "Qarabağ"ın çempion olmaq şansı var. Bu matçın hər iki komanda əhəmiyyəti böyükdür". Bu sözləri Sport24.az-a açıqlamasında Azərbaycan millisinin sabiq üzvü və məşqçisi Mahmud Qurbanov deyib.53 yaşlı veteran futbolçu Misli Premyer Liqasının 22-ci turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Sabah" qarşılaşmasından gözləntilərini bölüşüb:"Qarabağ" bir oyun az keçirməklə rəqibindən 7 xal geridədir. Kimin qalib gələcəyini proqnoz vermək çətindir. Bu qarşılaşma çempionluq yolunda həlledici ola bilər. Qarşıda turlar var. Ağdam təmsilçisi Çempionlar Liqasındakı çıxışından sonra bütün diqqətini çempionata yönəldəcək. Bundan sonra çətin oyunlar var. Düşünürəm ki, hər iki komanda üçün vacib qarşılaşma olacaq. "Sabah" son oyunlarda stabil çıxış edir. Əgər qalib gəlsə, çempionluq şansı bir qədər də artacaq". Qeyd edək ki, "Qarabağ" – "Sabah" matçı martın 1-i saat 19:00-da, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.