AZ

Cenevrədə İran və ABŞ arasında danışıqların üçüncü raundu başladı

İsveçrənin Cenevrə şəhərində İran və ABŞ arasında danışıqların üçüncü raundu start götürüb.

NOCOMMENT.az
xəbər verir ki, bu barədə Fars agentliyi məlumat yayıb.

Öz növbəsində, IRNA bildirir ki, İran nüvə danışıqları çərçivəsində ABŞ tərəfinə təkliflər paketini təqdim edib. Təkliflər ölkənin dinc nüvə proqramı ilə bağlı bütün iddiaların aradan qaldırılmasını nəzərdə tutur.

İran nümayəndə heyətinə İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi rəhbərlik edir. ABŞ nümayəndə heyətinə isə ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner başçılıq edir.

Tərəflər arasında əvvəlki iki görüş fevralın 6-da Oman paytaxtı Maskatda, 17 fevralda isə Cenevrədə keçirilib.

Seçilən
11
nocomment.az

1Mənbələr