AZ

Türkiyə MN: F-16-nın qəzaya uğramasının səbəbi araşdırmadan sonra açıqlanacaq

Türkiyə Milli Müdafiə Nazirliyi fevralın 25-də qəzaya uğrayan F-16 qırıcı təyyarəsi ilə bağlı araşdırma aparıldığını bildirib.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, Milli Müdafiə Nazirliyi (MSB) F-16 təyyarəsinin qəzaya uğraması ilə bağlı açıqlama yayıb.

Nazirlik bildirib ki, Bolqarıstan sərhədində naməlum radar izi aşkar edildikdən sonra həyəcan reaksiyası tapşırığı çərçivəsində iki ədəd F-16 döyüş təyyarəsi Balıkesirdəki Komandanlıqdan eyni vaxtda havaya qalxıb.

Döyüş təyyarələrindən biri ilə saat 00:56-dan etibarən radio əlaqəsi və radar izi məlumatı kəsilib. Pilotun təyyarəni tərk etmək üçün katapult sistemini son anda işə saldığı müəyyən edilib.

Qeyd olunub ki, hadisənin başvermə səbəbi qəza araşdırma qrupunun ətraflı araşdırmasından sonra məlum olacaq.

Seçilən
10
7
apa.az

10Mənbələr