AZ

Türkiyə XİN 1992-ci il Xocalı qırğınını qınadı



Türkiyənin Xarici İşlər Nazirliyi 1992-ci ildə mülki əhaliyə qarşı törədilmiş Xocalı qırğınını qınayan bəyanat yayıb. Xocalı qırğınının 34-cü ildönümü ilə bağlı nazirliyin yazılı açıqlamasında deyilir:

"26 fevral 1992-ci ildə Azərbaycanın Qarabağ bölgəsindəki Xocalı şəhərində günahsız mülki əhaliyə qarşı törədilmiş qırğını pisləyirik. Xocalıdakı vəhşilik vicdanımızda utancverici bir ləkə olaraq qalır. Qətlə yetirilən 613 qardaş və bacımızın, yaralananların, əsir götürülənlərin və itkin düşmüş bütün Azərbaycanlı qardaş və bacılarımızın ağrısını həmişə qəlbimizdə daşıyırıq."

Bəyanatda Azərbaycan xalqına başsağlığı verilir və Xocalı qırğınında həyatını itirənlərə Allahdan rəhmət dilənir.

SAMİRƏ

Seçilən
32
baki-xeber.com

1Mənbələr