AZ

AZEBI sədri: Azərbaycan-Gürcüstan-Türkiyə biznes-forumu iş adamları üçün geniş imkanlar yaradır

Tbilisi, 26 fevral, AZƏRTAC

Gürcüstanda keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə biznes-forumu hər üç ölkənin iş adamları üçün geniş imkanlar yaradır.

Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyinin (AZEBI) İdarə Heyətinin sədri Nəriman Qurbanov deyib.

Onun sözlərinə görə, bu gün Gürcüstanda 1500-dən çox Azərbaycan kapitallı müəssisə fəaliyyət göstərir.

“Eyni zamanda, xeyli sayda müştərək müəssisəmiz var. Eləcə də, Azərbaycanda Gürcüstan kapitalı ilə fəaliyyət göstərən müəssisələr var. Qeyd etməliyəm ki, bu cür forumlar iş adamları arasında münasibətlərin daha da genişlənməsinə, yeni müəssisələrin yaranmasına, sərmayə qoyuluşu həcminin artmasına geniş imkanlar yaradacaq”, - deyə Qurbanov vurğulayıb.

N.Qurbanov Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlığının daha geniş imkanlar yaratdığını bildirib. Onun sözlərinə görə, bu cür əməkdaşlıq regionun iqtisadi inkişafı ilə yanaşı sülh və sabitliyin, təhlükəsizliyin daha da artmasına səbəb olacaq.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
2
1
azertag.az

2Mənbələr