Azxeber.com saytından verilən məlumata görə, ain.az xəbər verir.
İran Prezidenti Pazeşkian Xameneinin nüvə silahları ilə bağlı öhdəliyinə etibar edilməsini istəyir.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian ölkəsinin nüvə proqramı ilə bağlı mühüm açıqlama verib.
İran dövlət televiziyasının yaydığı məlumata görə, Pazeşkian Mazandaran əyalətinin Planlaşdırma və İnkişaf Şurasının iclasında çıxışı zamanı İranın ali rəhbəri Xameneinin nüvə silahı ilə bağlı bəyanatlarına toxunub.
Prezident bildirib ki, İran nüvə silahı əldə etməyi planlaşdırmır və bu mövqe dəyişməzdir. "Millətin lideri siyasətçilər kimi yalan danışmır; nüvə silahımız olmayacağını deyəndə, bu, həqiqətən, onlara sahib olmayacağımız deməkdir”, – deyə o vurğulayıb.
Pazeşkian həmçinin ABŞ Prezidenti Donald Trampın "İranın nüvə silahına sahib olmayacağını bəyan etməsi lazımdır” fikrinə münasibət bildirərək qeyd edib ki, Tehran bu mövqeni dəfələrlə açıqlayıb.
Gülay
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.