AZ

Azərbaycan Türkiyə və Gürcüstanla ticarət dövriyyəsini artırmağı hədəfləyir

Banco.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azerbaijan iqtisadi əməkdaşlığın genişləndirilməsi çərçivəsində Türkiyə və Gürcüstanla tərəfdaşlığı əsas prioritet istiqamətlərdən biri kimi saxlayır.

Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov qonşu ölkənin Kaxetiya regionunda keçirilən Azərbaycan–Gürcüstan–Türkiyə Biznes Forumunda bildirib.

O qeyd edib ki, Azərbaycan üçün Türkiyə və Gürcüstan əsas ticarət, o cümlədən ixrac tərəfdaşlarıdır.

Nazirin sözlərinə görə, ötən il Azərbaycan Türkiyə ilə 7 milyard ABŞ dolları, Gürcüstanla isə təxminən 900 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatları aparıb.

"Türkiyə Avropa İttifaqı bazarlarına çıxış üçün strateji qapı rolunu oynayır. Türkiyənin sənaye potensialı, logistika infrastrukturu, texnoloji imkanları və ittifaqla gömrük inteqrasiyası Azərbaycan və Cənubi Qafqaz regionu üçün yeni istehsal və təchizat zənciri imkanları yaradır", - deyə o qeyd edib.

M.Cabbarov vurğulayıb ki, Azərbaycan regionda istehsal və tranzit mərkəzi kimi mövqeyini gücləndirmək niyyətindədir.

Onun sözlərinə görə, bu platforma region ölkələrinin iqtisadi inkişafına və beynəlxalq bazarlara inteqrasiyasına töhfə verəcək.

report

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
1
banco.az

2Mənbələr