AZ

Orban Ukraynaya kredit məsələsinə görə Aİ-də böhran yaradıb

Macarıstanın baş naziri Viktor Orban Brüsselin Ukraynaya çoxmilyardlı kredit ayrılması planına qarşı çıxaraq Avropa İttifaqında son illərin ən ciddi daxili böhranlarından birinə səbəb olub.

“İki sahil” xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, Orbanın ötən həftəsonu səsləndirdiyi etiraz Aİ daxilində maliyyə yardımının razılaşdırılması prosesini çətinləşdirib. Macarıstan hökumətinin mövqeyi Ukraynaya dəstək paketinin qəbulunu faktiki olaraq sual altına qoyub.

"Politico"ya danışan üç Aİ diplomatı bildirib ki, birlik ölkələrinin liderləri Orbanın maliyyələşməni bloklamasından imtina etməsi üçün ona “qələbə qazandıracaq” variantlar təqdim edirlər. Mümkün kompromis kimi “Dostluq” neft kəməri ilə neft tədarükünün bərpası vədinin nəzərdən keçirildiyi qeyd olunur.

Daha əvvəl Aİ-nin iqtisadiyyat üzrə komissarı Valdis Dombrovskis Macarıstanın Ukraynaya €90 milyard həcmində kreditə veto qoyacağı təqdirdə belə, Avropa İttifaqının bu vetonu nəzərə almadan artıq aprel ayından ödənişlərə başlamağa hazır olduğunu bildirmişdi.

 

Seçilən
10
ikisahil.az

1Mənbələr