AZ

"Xocalı faciəsi insanlıq vicdanında iz qoyan qara ləkə kimi tarixdə öz yerini alıb" - Türkiyə səfiri



Bu hadisə insanlıq vicdanında iz qoyan qara bir ləkə kimi tarixdə öz yerini alıb. Türkiyə Səfirliyi olaraq bir daha azərbaycanlı qardaş və bacılarımıza dərin hüznlə başsağlığı veririk.

Trend xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar bu gün Bakıdakı "Ana harayı" abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, vəhşi bir zülmün ildönümündə, o ağrılı günləri bir daha yad etmək üçün Türkiyə Respublikasının səfiri olaraq bütün heyətlə birlikdə buraya gəliblər:

"613 günahsız insanın vəhşicəsinə qətlə yetirildiyi o acı günlərdə həyatını itirən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Allah bir daha belə ağrılı günləri nə millətimizə, nə də heç kimə yaşatmasın. Bütün şəhidlərimizə Allahdan rəhmət, geridə qalanlara isə səbir və dözüm arzulayırıq".

Seçilən
36
2
baki-xeber.com

3Mənbələr