AZ

“Qalatasaray”a məğlub olan “Yuventus” baş məşqçisi ilə bağlı qərar verdi

BAKI, 26 fevral. TELEQRAF

İtaliyanın “Yuventus” klubunun direktoru Corco Kyellini UEFA Çempionlar Liqasında Türkiyə “Qalatasaray”ına məğlubiyyətdən sonra baş məşqçi Luçano Spallettinin gələcəyi ilə bağlı məsələyə aydınlıq gətirib.

Teleqraf məşhur insayder Fabritsio Romanoy istinadən xəbər verir ki, Turin təmsilçisinin rəhbərliyi avrokuboklardakı uğursuzluğa baxmayaraq, 66 yaşlı mütəxəssislə yola davam edəcək.

“Luçano Spalletti ilə yeni müqavilə məsələsi heç vaxt şübhə doğurmayıb. Bu, bizim əsas prioritetlərimizdən biridir. Yaxın vaxtlarda görüşərək müqavilənin detallarını müzakirə edəcəyik”, - deyə Kyellini bildirib.

Qeyd edək ki, Luçano Spalletti 2025-ci ildən “qoca sinyora”ya rəhbərlik edir və onun hazırkı müqaviləsi mövsümün sonuna qədərdir.

“Yuventus” iki oyunun ümumi nəticəsinə görə “Qalatasaray”a 5:7 (ilk oyun 2:5, cavab matçı 3:2) hesabı ilə uduzub.

Seçilən
35
teleqraf.com

1Mənbələr