AZ

Səhər qəhvə əvəzinə bu içki enerji verir və stressi azaldır

Azpost saytından verilən məlumata görə, ain.az xəbər verir.

Səhər saatlarında qəhvə əvəzinə isti şokolad içmək daha yumşaq və balanslı alternativ hesab olunur.

AzPost Verywell Health saytına istinadla xəbər verir ki, isti şokolad ürək və sinir sisteminə daha az yük salaraq orqanizmi tonusda saxlaya bilər.

Mütəxəssislər bildirirlər ki, kakaonun tərkibində maqnezium mineralları mövcuddur. Maqnezium qan təzyiqinin və qanda şəkərin tənzimlənməsindən tutmuş əzələ və sinir sisteminin fəaliyyətinə qədər yüzlərlə biokimyəvi prosesdə iştirak edir. Bir çox insan isə gündəlik tələbat qədər maqnezium qəbul etmir.

Məlumata görə, bir fincan qara qəhvədə təxminən 7 mq maqnezium olduğu halda, bir fincan isti şokoladda bu göstərici 58 mq təşkil edir. Bu isə gündəlik normanın təxminən 18 faizinə bərabərdir, qəhvə isə cəmi 2 faizini təmin edir.

“Psychopharmacology” jurnalında dərc olunan araşdırmaya əsasən, isti şokoladın tərkibində olan teobromin maddəsi yüngül stimullaşdırıcı təsir göstərir. O, kofein kimi enerji verir, diqqəti və yaddaşı yaxşılaşdıra bilir. Lakin teobromin sinir sisteminə daha yumşaq təsir edir, orqanizmdən daha gec xaric olur və daha sabit enerji effekti yaradır.

Həmçinin isti şokoladda kofeinin miqdarı xeyli azdır. Bir fincan qara qəhvədə təxminən 95 mq kofein olduğu halda, ev üsulu ilə hazırlanan isti şokoladda bu göstərici təxminən 5 mq təşkil edir. Bu səbəbdən isti şokolad narahatlıq, ürəkdöyünmə və əsəbilik riskini azalda bilər.

Bununla belə, mütəxəssislər bəzi mənfi cəhətlərə də diqqət çəkirlər. İsti şokolad adətən daha kalorili olur və tərkibində şəkər və yağ miqdarı yüksək ola bilər. Bu isə çəki artımına və qanda şəkərin yüksəlməsinə səbəb ola bilər.

Qeyd olunur ki, ən yaxşı seçim içkini ev şəraitində hazırlamaq və əlavə olunan şəkərin miqdarını minimuma endirməkdir. Belə olduqda isti şokolad səhər üçün həm enerji verən, həm də daha balanslı alternativ ola bilər.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
1
azpost.info

2Mənbələr