AZ

Maşının tormoz işıqlarına müdaxilə edən sürücü arxadan gələnlərə maneə yaratdı VİDEO

Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Avtomobilin işıq cihazlarına müdaxilə edən sürücünün görüntüsü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə ötən il dekabrın 29-da, paytaxtın Moskva prospektində qeydə alınıb. Belə ki, 77-TL-841 qeydiyyat nişanlı "Niva" markalı avtomobilin sürücüsü işıq cihazlarına müdaxilə edərək normativ tələbləri pozub. Qeydə alınmış videodan da aydın şəkildə görünür ki, sürücü dayanan zaman avtomobilin tormoz işıqları ilə yanaşı geriyə hərəkət işıqları da yanır. Bu isə arxadan gələn sürücülərin görməsinə maneə yaradıb.

Sözügedən videonu təqdim edirik.

Fərid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
avtosfer.az

1Mənbələr