AZ

Paşinyan "Tramp marşrutu"ndan danışdı: “Azərbaycanın əsas hissəsini...”

Polşaya səfər edən Ermənistanın Baş naziri Nikol Paşinyan Polşa Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı “Tramp marşrutu” nun əhəmiyyətindən danışıb.

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, xarici ölkələrin səfirləri, diplomatlar və Polşada akkreditə olunmuş beyin mərkəzlərinin nümayəndələri ilə görüşən Ermənistanın Baş naziri çıxışında əldə edilən razılaşmaların həyata keçirilməsi istiqamətində görülən işlərdən söz açıb. 

Paşinyan TRIPP strateji investisiya layihəsi və regional kommunikasiyaların açılmasının region üçün faydasını qeyd edib:

““Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun nə olduğunu anlamaq  çox vacibdir. Artıq dediyim kimi, Ermənistan ərazisində bu investisiya layihəsinə Şərqi və Qərbi, o cümlədən Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək və həmçinin, Ermənistan üçün cənuba dəmir yolu əlaqəsini açacaq, Ermənistandan keçən dəmir yolu xətti daxil olacaq.

Qlobal təchizat zəncirlərindəki mövcud böhran nəzərə alınmaqla, bu, şübhəsiz ki, Avropa İttifaqı üçün də yeni imkanlar yaradacaq. Ermənistan hökumətinin “Sülh kəsişməsi” layihəsinin mühüm hissəsi olan TRIPP Avropa İttifaqından Mərkəzi Asiyaya və geriyə yeni Şərq-Qərb təchizat marşrutu yaradacaq”, - deyə Nikol Paşinyan bildirib. 

Seçilən
12
cebheinfo.az

1Mənbələr