AZ

Azərbaycanda yanvar ayında ödəniş kartlarının sayı artıb

Bakı. Trend:

Cari ilin yanvar ayına olan vəziyyətə görə Azərbaycandabankların və “Azərpoçt” ASC-nin sistemləri vasitəsilə dövriyyədəolan ödəniş kartlarının sayı əvvəlki ayla müqayisədə 176 minartaraq 22 milyon 156 min ədəd təşkil edib.

Trend-inAzərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, 2025-ciilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 11 faiz artıb.

“Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbəttəsir göstərmişdir. Belə ki, yanvar ayı ərzində ölkədaxili nağdsızəməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 11.4 %artmışdır. 2026-ci ilin yanvar ayı ərzində kartlar vasitəsiləhəyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 7,687 mln.manat təşkiletmişdir.

Həyata keçirilən nağdsız ödənişlərin 6,600 mln. manatıelektronticarətin payına düşür. Qalan məbləğin 1,085 mln. manatıPOS-terminallar, 3 mln. manatı isə özünə xidmət terminalları vəbankomatlar vasitəsilə gerçəkləşdirilmişdir. Yanvar ayı üzrə ödənişkartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxilikart əməliyyatlarının 70.6%-ni təşkil etmişdir”,-deyə AMBməlumatında qeyd olunur.

Məqalədə:
Seçilən
12
az.trend.az

1Mənbələr