AZ

Rusiya kölgə donanmasına görə NATO sularında hərbi qarşıdurma ola bilər

Milyonlarla dollarlıq sanksiyalı neft daşıyan Rusiya "kölgə tankerləri" La-Manşdan keçir ki, bu da NATO sularında mümkün hərbi qarşıdurma ilə bağlı narahatlıqlar yaradır...

Poliqon xəbər verir ki, bu barədə Fox News məlumat yayıb.

Daşınmalar Rusiya ilə NATO arasında gərginliyin artması fonunda baş verir, çünki Kral Donanması dünyanın ən işlək gəmiçilik yollarından birində ABŞ və müttəfiqləri tərəfindən sanksiyalara məruz qalan gəmilərə nəzarəti gücləndirir.

Bu arada, Sky News Rusiya lidetri Vladimir Putinin Ukraynadakı müharibəsini maliyyələşdirməyə davam edərək, La-Manşdan təxminən 800 "kölgə tankeri"n keçdiyini bildirib. "Rigel", "Hyperion" və "Kousai" də daxil olmaqla, Rusiya ilə əlaqəli bir neçə neft tankeri "VesselFinder" tərəfindən izlənilib və Qərbin sanksiyaları altında olduqları bilinir.

Jurnalistlər gəmilərin üçünün bu ay sanksiyalı neft yükü ilə tranzitdə olarkən izlənildiyini bildiriblər.

"Kamerun bayrağı altında üzən 885 fut (270 metr) uzunluğunda "Suezmax" tankeri olan "Rigel" 2 fevralda Rusiyanın Primorsk limanından təxminən 55 milyon dollar dəyərində bir milyon barelə qədər neft yükü ilə yola düşüb. Böyük Britaniya, Aİ və Kanada tərəfindən qadağan edilmiş bu tankerin həmin yurisdiksiyalardakı liman qurğularından istifadəsinə icazə verilmir, lakin dəniz qanunvericiliyinə əsasən "günahsız keçid" hüququ var", deyə Fox News xatırladıb.

Qeyd olunur ki, Sierra Leone bayrağı altında üzən "Kousai" gəmisi 2 fevralda Ust-Luqanı tərk edib və hakimiyyət orqanlarından 24 saat ərzində sığorta sübutu təqdim etmələri barədə xəbərdarlıq alıb.

ABŞ-ın sanksiyaları altında olan "Hyperion" gəmisinin Venesuelaya neft çatdırdıqdan sonra sahibini gizlətmək və hüquq-mühafizə orqanlarının hərəkətlərindən yayınmaq üçün bayrağını dəyişdirdiyi bildirilir.

Eyni zamanda, təhlükəsizlik mütəxəssisləri bölgədə geosiyasi eskalasiya riskinin artması barədə xəbərdarlıq ediblər.

Xüsusilə, professor Maykl Klark Sky News-a bildirib ki, Böyük Britaniya və müttəfiqlərinin bu Rusiya gəmilərinə qarşı daha sərt davranmağa başlayacağı bir məqam gələ bilər. Onun sözlərinə görə, bu il həm İngilis Kanalında, həm də Şimal dənizində dənizdə həri qarşıdurma olduqca realdır.

"Rusiya "kölgə donanması"nın saxlanılması, zərərsizləşdirilməsi və məhv edilməsi bu hökumət üçün prioritetdir. Müttəfiqlərimizlə birlikdə kölgə gəmilərinin hərəkətlərinə cavab olaraq tədbirlərimizi artırırıq və Dövlət Katibinin dediyi kimi, biz bunu davam etdirəcəyik", deyə Böyük Britaniya Müdafiə Nazirliyinin sözçüsü vurğulayıb.

Poliqon.info

Seçilən
30
poliqon.info

1Mənbələr