AZ

ABŞ İranla bağlı müxtəlif hücum variantlarını nəzərdən keçirir - "Politico"

ABŞ İranla bağlı müxtəlif hücum variantlarını nəzərdən keçirir. Bu variantlar arasında ölkənin ali siyasi rəhbərliyinə, xüsusilə də ali dini lider ayətullah Əli Xameneiyə qarşı mümkün zərbə ehtimalı da var.

“İki sahil” xəbər verir ki,  bu barədə "Politico" nəşri mənbələrə istinadla məlumat yayıb.

Mənbələrin sözlərinə görə, müzakirə olunan ssenarilər arasında İran rəhbərliyinin əsas fiqurlarının və nüvə obyektlərinin hədəfə alınmasını nəzərdə tutan “başsızlaşdırma zərbəsi” (decapitation strike) variantı da var. Qəzetə danışan şəxslər bildiriblər ki, belə addımın əsas məqsədi Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır.

Nəşrin yazdığına görə, Ağ Ev administrasiyasına yaxın bəzi şəxslər ilk zərbənin İsrail tərəfindən endirilməsini daha məqsədəuyğun hesab edirlər. "Politico " qeyd edir ki, mümkün hücuma İranın cavabı Vaşinqton üçün münaqişəyə qoşulmaq üçün əsas yarada bilər. Rəsmilərin fikrincə, İran ABŞ-ın müttəfiqinə zərbə endirərsə, Amerika cəmiyyəti və siyasi dairələri hərbi əməliyyatlara daha fəal dəstək verə bilər. Bununla belə, mənbələrin bildirdiyinə görə, daha real ssenari ABŞ və İsrailin birgə zərbə endirməsidir. Vaşinqtondakı İsrail səfirliyi məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Seçilən
5
ikisahil.az

1Mənbələr