AZ

Türkiyə səfiri: “Xocalıda baş verənlər tarixə qara ləkədir”

“Xocalı şəhərində törədilən bu vəhşət vicdanlarda iz buraxan qara ləkə olaraq tarixdə yerini alıb”.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün deyib.

O bildirib ki, 1992-ci ilin fevralında Xocalıda baş verən faciənin ildönümündə həmin acı günlər bir daha anılır.

Diplomat qeyd edib ki, Türkiyə səfirliyi olaraq Azərbaycan xalqına başsağlığı verilir və şəhidlərin xatirəsi ehtiramla yad olunur. B.Akgün faciə zamanı həyatını itirənlərə rəhmət diləyib:

“Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Geridə qalanlara səbir və dözüm arzulayırıq”.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
19
yenisabah.az

1Mənbələr