AZ

“Xocalıda yaşanan vəhşət vicdanlarda qara ləkə kimi qalır” – Türkiyə XİN


“Xocalıda yaşanan vəhşət vicdanlarda utancverici qara ləkə kimi qalmaqda davam edir”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı “X” sosial şəbəkə hesabında dərc etdiyi paylaşımda bildirib.
“26 fevral 1992-ci ildə Azərbaycanın Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində günahsız mülki insanlara qarşı törədilmiş qətliamı qətiyyətlə pisləyirik.
Qətlə yetirilən 613 qardaşımızın, yaralananların, əsir götürülən və itkin düşən bütün azərbaycanlı qardaşlarımızın acısını daim qəlbimizdə daşıyırıq.
Xocalı qətliamında həyatını itirən qardaşlarımıza Allahdan rəhmət diləyir, Azərbaycan xalqına başsağlığımızı ifadə edirik”, - paylaşımda qeyd edilib.
Seçilən
5
yeniavaz.com

1Mənbələr