AZ

Azərbaycan banklarının yanvar ayında ümumi aktivlərinin həcmi açıqlandı

Bakı. Trend:

Cari ilin yanvar ayının sonuna olan vəziyyətə görə, Azərbaycandafəaliyyət göstərən bankların məcmu aktivləri 56,936 milyard manattəşkil edib.

Trend bu barədəAzərbaycan Mərkəzi Bankına istinadən məlumat verir.

Məlumata görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bugöstərici 3,845 milyard manat və ya 7,2 faiz çoxdur.

Hesabat dövründə bankların məcmu öhdəlikləri 49,529 milyardmanat, balans kapitalı isə 7,407 milyard manat olub.

Beləliklə, 2026-cı ilin yanvar ayında bankların məcmuöhdəlikləri 6,7 faiz, balans kapitalı isə 10,7 faiz artıb.

Qeyd edək ki, 31 yanvar 2026-cı il tarixinə Azərbaycandafəaliyyət göstərən bankların sayı 22, onların filiallarının sayı504, şöbələrinin sayı 85, bankomatların sayı isə 3 498 təşkiledib.

Hesabat ayında bank sektorunda çalışanların sayı 27 235 nəfərolub.

Məqalədə:
Seçilən
2
az.trend.az

1Mənbələr