AZ

Pentaqon Çinin izlənməsinə milyardlarla vəsait xərcləyəcək

ain.az bildirir, Azvision saytına əsaslanaraq.

AzVision.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin Konqresə göndərdiyi sənədə istinad edən “Bloomberg” agentliyi belə məlumat yayıb. “Əlavə vəsait ABŞ ordusunun kibernetik hücum imkanlarını gücləndirməyə hazırlığını artırmaq və Hind-Sakit Okean bölgəsində müşahidə səylərini dəstəkləmək üçün nəzərdə tutulub”, - agentlik yazır. Məxaric büdcəsinə ABŞ Kosmik Qüvvələri tərəfindən “X-37B” pilotsuz kosmik aparatının istismarı üçün təxminən 1 milyard dollar daxildir. Pentaqon erkən xəbərdarlıq kəşfiyyat peykləri qrupunu genişləndirmək üçün daha 528 milyon dollar ayırmağı planlaşdırır. Bundan əlavə, nazirlik sualtı qayıq əleyhinə sonarların modernləşdirilməsi üçün 143 milyon dollar xərcləməyi nəzərdə tutur. Sahil İsgəndərov

AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
azvision.az

1Mənbələr