ain.az, Olke.az portalına istinadən məlumat yayır.
Türkiyəli məşhur aktyor Kıvanç Tatlıtuğ ilə həyat yoldaşı Başak Dizer Tatlıtuğun evliliyində gərginlik yaşandığı iddia olunub.
Ölkə.az xəbər verir ki, məlumata görə, cütlüyün boşanmaq qərarı aldığı irəli sürülür.
Müğənni və maqazin şərhçisi Onur Akay sosial şəbəkədə paylaşdığı açıqlamada bildirib ki, cütlük ayrılıq qərarı verib. Onun sözlərinə görə, Başak Dizer Tatlıtuğ Bodruma gedib və bir müddət tək qalmaq istəyir.
Qeyd edək ki, Kıvanç Tatlıtuğ və Başak Dizer 2016-cı ildə ailə qurublar. Cütlüyün Kurt Efe adını verdikləri bir oğulları var.
Onur Akay paylaşımında həmçinin qeyd edib ki, cütlük 2023-cü ildə də oxşar bir proses yaşayıb.
Həmidə İbrahimova
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.