AZ

“Yuventus”u məğlub etdilər Rekord məbləğdə gəlir qazandılar

ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

UEFA Çempionlar Liqasının son 16 play-off mərhələsində "Yuventus"u mübarizədən kənarlaşdıran "Galatasaray" növbəti mərhələyə yüksəlib və əlavə 11 milyon avro gəlir əldə edib.

Qeyd edək ki, cavab qarşılaşmasında “Yuventus”a əlavə vaxtda 3:2 hesabı ilə məğlub olmasına baxmayaraq, ilk oyunda 5:2 hesablı qələbə qazanan İstanbul təmsilçisi iki oyunun nəticəsinə əsasən üstün olub və adını son 16 mərhələsinə yazdırıb.

Bununla da “Qalatasaray” 12 illik fasilədən sonra yenidən Çempionlar Liqasının son 16 mərhələsində çıxış etmək hüququ qazanıb. 

Beləliklə, “sarı-qırmızılılar” turnirdə indiyədək ümumilikdə 53,5 milyon avro gəlir əldə ediblər.

Qeyd edək ki, “Qalatasaray”ın dörddəbir final mərhələsinə yüksələcəyi təqdirdə əlavə olaraq 12,5 milyon avro qazanmaq imkanı olacaq.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
azpolitika.info

1Mənbələr