AZ

Ceyhun Bayramov: Xocalı faciəsi etnik nifrətə əsaslanan siyasətin tərkib hissəsi idi

Biz yaxşı bilirik ki, Xocalıdan əvvəl də bir çox yaşayış məntəqələrimizdə buna bənzər qətliam və qırğınlar törədilib. Bu hadisələr həmin dövrdə düşünülmüş, etnik nifrətə əsaslanan siyasətin tərkib hissəsi idi. Lakin, Xocalı faciəsi miqyasına görə ən böyüyüdür. Çünki bir gecədə 613 günahsız insan - əksəriyyəti mülki şəxslər olmaqla - həyatını itirib.

AZƏRTAC xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

"Bu gün biz sülh prosesi barədə danışırıq. Bu istiqamətdə torpaqlarımızı bərpa edərkən, öz hüquqlarımızı və tarixi ədaləti təmin edərkən, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun necə qətiyyətli addımlar atdığını bütün dünya gördü. Sülh prosesində də liderlik, bütün təşəbbüslər Azərbaycan dövləti tərəfindən edilib. Bu gün də həmin istiqamətdə ciddi addımlar atılır və artıq mühüm nəticələr göz önündədir. Eyni zamanda, biz tariximizi unutmamalıyıq. Bu gün baş verən proseslər olduqca önəmlidir. Həmişə olduğu kimi, Azərbaycan xalqı bu gün də şəhidlərimizi ehtiramla yad edir", - deyə nazir bildirib.

Seçilən
5
8
xalqqazeti.az

10Mənbələr