AZ

Soyuqdəymə zamanı burun yumaq təhlükəli ola bilər

Soyuqdəymə zamanı burnun nəzarətsiz şəkildə duzlu məhlulla yuyulması ciddi fəsadlara səbəb ola bilər.

Redaktor.az xəbər verir ki, bu ahqda lenta.ru-ya  otorinolarinqoloq, tibb elmləri namizədi Olqa Çernova xəbərdarlıq edib.

Həkim bildirib ki, ən geniş yayılmış səhv məhlulun “gözəyarı” hazırlanmasıdır. Onun sözlərinə görə, həddindən artıq konsentrasiyalı duzlu məhlul burun selikli qişasında kimyəvi yanıq, ödem və tutulmanın artmasına səbəb ola bilər. Əksinə, çox zəif məhlul isə burunun qoruyucu funksiyasını poza bilər.

Mütəxəssis ikinci ciddi səhv kimi ev şəraitində hazırlanan məhlulun steril olmamasını göstərib. O qeyd edib ki, hətta düzgün konsentrasiyada hazırlansa belə, kran suyu infeksiyaya səbəb ola biləcək mikroorqanizmlər daşıya bilər.

Xüsusilə açıq su mənbələrindən istifadə halları təhlükəlidir. Həkimin sözlərinə görə, nadir amöblərlə yoluxma halları qeydə alınıb ki, bu da burun ciblərinin, hətta beynin ağır zədələnməsinə gətirib çıxara bilər.

Aytəkin TOFİQQIZI

Seçilən
11
redaktor.az

1Mənbələr