AZ

"İranın dağların dərinliklərində uranı zənginləşdirməsi ciddi suallar doğurur" - ABŞ dövlət katibi

“İranın yalnız uranı zənginləşdirməkdə deyil, bu prosesi dağların dərinliklərində həyata keçirməkdə israr etməsi ciddi suallar doğurur”.

Missiya.Az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

“Məncə, İranın təkcə zənginləşdirmədə deyil, həm də bunu dağların dərinliklərində etməkdə israr etməsi onun məqsədləri ilə bağlı ciddi şübhələr yaradır. Bunun nə demək olduğunu və ya nə demək ola biləcəyini anlamamaq üçün kifayət qədər sağlam düşüncədən məhrum olmaq lazımdır”, - deyə siyasətçi vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
4
missiya.az

1Mənbələr