Bir çox insan uzun müddət oruc tutduqdan sonra iftardahəddindən artıq yeməkdən və tərəzidə əlavə rəqəmlər görməkdən şikayətlənir. Lakin mütəxəssislərin çörək əvəzinə istehlak edilməsini söylədiyi bu qida həm iştahanı boğur, həm də yağ yandırılmasını dəstəkləyir.
Medicina.az xəbər verir ki, Ramazan ayında uzun müddət oruc tutduqdan sonra ağır və karbohidratla zəngin yeməklərə üstünlük verilir, maddələr mübadiləsini yavaşlayır və qəfil çəki artımına yol açır.
Mütəxəssislər, xüsusən də iftar və imsak yeməklərinin ayrılmaz hissəsi olan çörəklə bağlı ciddi xəbərdarlıqlar edirlər.
Çörək əvəzinə yüksək lif tərkibli və uzun müddət toxluq hissi verən qidalar seçmək tövsiyə olunur.

Yulaf bu qidalardan biridir...
Yulafı digər qidalardan fərqləndirən ən vacib xüsusiyyət, tərkibindəki beta-qlükan adlanan həll olan lifdir.
Bu, həzmi yavaşladır və qan şəkərinin qəfil yüksəlməsinin qarşısını alır.
İmsakda yeyilən yulaf uzun müddət mədədə qalır, gün ərzində enerji balansını təmin edir və iftar vaxtına qədər toxluq hissini qorumağa kömək edir.
Yüksək lif tərkibi sayəsində bağırsaq hərəkətlərini sürətləndirir, maddələr mübadiləsini aktiv saxlayır və bədənin yağ yandırma mexanizmini işə salır.
Yulafdan süd və ya qatıqla sıyıq hazırlamaq olar və təzə meyvələr, qoz-fındıq və ya bir az bal ilə zənginləşdirə bilərsiniz.
Aygün
Medicina.az