Türkiyə Müdafiə Nazirliyi Xocalı soyqırımının ildönümü ilə bağlı Azərbaycana başsağlığı verib.
APA xəbər verir ki, bu barədə Nazirliyin "X" hesabında paylaşılıb.
“Ürəkləri yandıran vəhşət – Xocalı qətliamı… 34 il əvvəl Xocalıda amansızcasına qətlə yetirilən soydaşlarımıza Allahdan rəhmət diləyir, Azərbaycan türkü qardaşlarımızın acısını ürəkdən bölüşürük”, - paylaşımda qeyd olunub.