AZ

“Tramp Marşrutu” Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək - Paşinyan

BAKI, 26 fevral. TELEQRAF

“Tramp Marşrutu” Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Baş nazir qeyd edib ki, bu xətt üzrə Ermənistana cənubunda dəmir yolu açılacaq:

“Həmçinin ”Tramp Marşrutu” Şərqdən Qərbə, Avropadan Mərkəzi Asiyaya, Mərkəzi Asiyadan Avropaya yeni yol və yeni təchizat marşrutu yaradacaq”.

Nikol Paşinyan Ermənistan-Türkiyə münasibətlərinə toxunub və son illərdə Türkiyə ilə kifayət qədər aktiv dialoqun mövcud olduğunu vurğulayıb:

“Bütün region ölkələri artıq sülhün faydalarını hiss edir və bu prosesin bütün bölgəni barışdıracağına inanır.

Hamımız Cənubi Qafqazı evimiz hesab edirik və onun qayğısına qalmalıyıq. Əminəm, bu proses artıq başlayıb və açıq deyim, mənim təəssüratım və inamım odur ki, bu sülh və bu konstruktiv proses geridönməzdir”.

Seçilən
8
teleqraf.com

1Mənbələr