“Qalatasaray”ın unudulmaz futbolçularından olan Felipe Melo İstanbul klubunun UEFA Çempionlar Liqasında “Yuventus” üzərində qazandığı qələbəyə reaksiya verib.
İdman.Biz xəbər verir ki, 2011-2015-ci illər ərzində “Cimbom” formasını geyinən braziliyalı yarımmüdafiəçi sabiq komandasının uğuruna biganə qalmayıb.
O, sosial şəbəkə hesabında paylaşım edərək rəqibə ironiya ilə toxunub:
“Ən böyük “Cimbom”! Bye bye”.
Qeyd edək ki, Melonun bu paylaşımı qısa müddətdə minlərlə bəyənmə toplayıb və “Qalatasaray” azarkeşləri tərəfindən böyük rəğbətlə qarşılanıb.