UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçirilən "Qalatasaray" ilə "Yuventus" qarşılaşıb.
Fanat.Az ötən həftə İstanbulda böyük hesabla (5:2) qalib gələn Türkiyə çempionu Turində böyük çətinliklə üzləşib.
“Aslanlar” cavab matçının əsas vaxtında 0:3 hesabı ilə uduzublar. İstanbul nəhəngi yalnız əlavə vaxtda Viktor Osimhen və Barış Alper Yılmazın qolları sayəsində (3:2) istədiklərini nəticəni əldə edib.
Beləliklə iki oyunun cəmində qalib gələrək (7:5) Türkiyə təmsilçisi növbəti mərhələyə adlayıb.
Dramatik oyundan hazırlanmış videoicmalı təqdim edirik: